Ermənistanın Respublika partiyasının keçmiş deputatları – Arman Saqatelyan, Karen Beklaryan, Miqran Akopyan və Samvel Farmanyan ölkənin aparıcı media trendlərindən hesab edilən tert.am, armnews və radio 107 FM-i aldıqlarını bəyan ediblər. Onlar öz bəyanatlarında bildiriblər ki, bu üç media trendini bir media-konqlomeratda birləşdirmək niyyətindədirlər. SİA xəbər verir ki, bu barədə tert.am yazır.
“Bir neçə ay öncə, biz qərara gəldik ki, “siyasi proseslər” pərdəsi arxasında gizlənən primitiv şounu tərk edək”, deyə bəyanatlarında keçmiş iqtidarın sabiq deputatları əlavə ediblər ki, onlar ölkənin gələcəyindən narahatdırlar: “ Biz, necə ki, dünən olduğu kimi, bu gün də narahatıq, lakin bununla yanaşı ümid edirik ki, daha etibarlı gələcəyin qurulmasına öz töhfəmizi verək. Belə bir çətin vəziyyətdə - qeyri müəyyənlikdə və xəritəyə xalqın taleyinin qoyulduğu bir vaxtda biz siyasi proses və hadisələrdən kənarda dayana bilmərik, ona görə ki, susqun və kinli şəxsiyyət olmaq bizə aid olan hal deyil”.
Sabiq deputatlar sözügedən bəyanatlarında onu da qeyd ediblər ki, əllərində olan bütün imkanlardan istifadə edəcəklər: “Biz potensial təhlükələri görürük və həqiqi yeni Ermənistan adına əlimizdə olan bütün imkanlardan yararlanacağıq, ona görə də ölkənin bütün mümkün problemlərdən uzaqda dayanması üçün biz, yeni vasitələri təklif etməyə hazırlaşırıq”.
Onlar bu məsələdə KİV-lərin əsas rol aldığını bildiriblər: “Bizim sosial və siyasi həyatımızda, cəmiyyətin gündəmində KİV-lərin həlledici rol oynadığını vurğulayaraq, eləcə də, KİV-lərin bizim həyat missiyamızın, karyera seçimimizin ayrılmaz parçası olduğunu qeyd edərək, biz qərara gəldik ki, Tert nəzdində Qaryak Media (Kvartet (dördlük) Media) şirkətinin əsasını qoyaq”.
Qeyd olunur ki, şirkətin icraçı rəhbəri Aram Antinyana tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB