Qazaxlar nədən nəticə çıxarmalıdırlar? ANALİTİK

Qazaxlar nədən nəticə çıxarmalıdırlar? ANALİTİK

Və ya erməni faşizm ideologiyasının “yaxşı türk, ölü türkdür” ifadəsindən doğan həyasızlıq

Artıq bir neçə gündür ki, Qzaxıstanın Karakandı şəhərində məlum erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş qazax Raximjan Janseyt və yaralanmış digər şəxslərlə bağlı etiraz aksiyaları səngimir. Məsələ ondadır ki, bu gün nəinki Qazaxıstanda, bütövlükdə istənilən ölkədə ermənilərin kompakt yaşadıqları ərazilərdə bənzər ağır kriminal cinayət hadisələri, qətllər adi hala çevrilib. Məhz Karakandı şəhərində baş verən qanlı olay da bu amilin tərkib hissəsidir.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində, Yeni il gecəsi Karaqandı şəhərində fəaliyyət göstərən və ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib və hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat isə, hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.

Ermənilər törədilən qətl cinayətini azərbaycanlıların üzərinə atmağa cəhd ediblər!

Bu arada, erməni mediası açıq etiraf etməsə də, bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Hətta izdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb.

Qeyd edək ki, erməni mediası digər tərəfdən, ermənilər tərəfindən törədilən cəhdi belə, azərbaycanlıların üzərinə atmaq qədər böhtana və həyasızlığa yol veriblər. Misal üçün, armenianreport saytı iddia edib ki, guya qazax polisi qətlin azərbaycanlılar tərəfindən törədildiyini öyrəndikdən sonra, onları ermənilər kimi tanıdaraq, ictimailəşdirib. Məhz bu erməni fitnəsindən də görünür ki, bu xalqın mənfur ideologiyası onların qanlarına qədər işləyib. Məhz bu yalan informasiyadan sonra, Qazaxıstanın müvafiq strukturları qanlı hadisənin bilavasitə ermənilər tərəfindən törədildiyini növbəti dəfə və rəsmi şəkildə bəyan edib.

Beləliklə, baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır

Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyildir. “Yaxşı türk ölü türkdür” ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur. Qazaxlar da bu baxımdan istisna deyillər.

Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini “ari” irqi kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib.

Digər ölkələrdə, o cümlədən Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar əslində Qazaxıstan ərazisində fəaliyyət göstərən 5-ci kalondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır.

Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək içəridən zərbə vururlar. Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanda yaşayan ermənilərin də əməllərinə sıradan olan adi hal kimi baxmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarmalıdırlar. Əks halda, bu təhlükə sovuşmamış qala bilər. Təhlükələrin isə qarşısı zamanında və anında alınmalıdır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə