Nəyə görə inanmamalıyam? Etibar Hüseynov

Nəyə görə inanmamalıyam? Etibar Hüseynov

“Doğrudanmı bir dönərə görə zır-zır ağlayıb, anasının dəfnində hır-hır hırıldayan birisinin 12 (!!!) gün sərasər aclıq etdiyinə inanırsınız”. SİA xəbər verir ki, cəzaçəkmə müəssisəsində guya aclıq aksiyası keçirdiyi iddia edilən “video-bloqer” Mehman Hüseynovla bağlı keçmiş millət vəkili, jurnalist Etibar Hüseynov Facebook səhifəsində yazıb.

Etibar Hüseynov əlavə edib: “Əgər sizlərdən buna inanan varsa, onda nəyə görə mən, bu güc və iradə sahibinin hansısa leytenanta xəsarət yetirə biləcəyinə inanmamalıyam?..”.

Qeyd edək ki, M.Hüseynov, cəzaçəkmə müəssisənində daxili qaydaları pozaraq, orada çalışan PX əməkdaşına qarşı güc tətbiq edib və onun barəsində məhkəməyə müraciət edilib.

Xatırladaq ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov mətbuata açıqlamasında bildirib ki, Mehman Hüseynov müəssisədə qidalanmaqla yanaşı, vəkilləri ilə görüşür və ailəsi ilə də telefonla danışır. “Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Bununla bağlı akt da tərtib olunub, özü də imza atıb”, deyə Mehman Sadıqov sözügedən açıqlamasında deyib.

.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə