Ərdoğan və Putin Rusiyada görüş keçirəcəklər

Ərdoğan və Putin Rusiyada görüş keçirəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ay Rusiyaya səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Ria Novosti agentliyi Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib. Xatırladaq ki, ötən il dekabr ayının sonlarında Türkiyə Prezidenti yaxın günlərdə Moskvaya səfər edəcəyini və rusiyalı həmkarı ilə görüşərək Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə