“Ermənistanda məhkumlar insan olaraq qəbul edilmirlər” Janna Aleksaynyan
Ermənistanın "Jurnalistlər İnsan hüquqları naminə" QHT-nin sədri Janna Aleksanyan Facebook səhifəsində yazıb ki, Nubaraşen həbsxanasında ömürlük həbs cəzası almış şəxsin sağlamlıq vəziyyəti kritik həddə çatıb. SİA xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Bu gün öyrəndim ki, ömürlük həbs cəzası almış Armenak Mnjoyannın vəziyyəti pisləşib”, yazan Aleksanyan bununla yanaşı qeyd edib ki, Ermənistan həbsxanalarında tək və dəyişməz tibbi yardım ağrıkəsici inyeksiyaların tətbiq olunmasıdır: “Təbii ki, bununla məhbusun vəziyyəti yaxşılaşmır. Nəticədə təcili tibbi yardım çağırıldı və o, xəstəxanaya aparıldı. Bunun üçün isə bir saat vaxt getdi”.
QHT sədri hakimiyyəti ittiham edərək bildirib ki, Ermənistanda məhkumlara qarşı münasibət dəyişilməyib və onlar cəmiyyətdən təcrid olunmaqla yanaşı, həm də onlarla qeyri-insan kimi davranırlar: “Armenak Mnjoyanın ürək problemləri var və bunu yaxşı bilirlər. Niyə təcili yardım dərhal çağırılmadı, həbsxanada tibbi yardım göstərməyin mümkün olmadığına görəmi? Bunun tək bir cavabı var, məhkumlara qarşı münasibətlər keçmiş zamanlardan bəri dəyişməyib. Armenak Mnjoyan 25 ildir ki, həbsdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB