Qaqik Qambaryan: ““Münasibətləri tamamilə başqa məcrada tənzimləmək lazımdır ki, sonradan qulaqardı şapalağı almayasan”
Ermənistanın sabiq müdafiə naziri, 1 mart hadisələrində günahlandırılan Mikael Arutunyanın Rusiya tərəfindən Ermənistana verilməsi baş verməyəcək. SİA xəbər verir ki, bu barədə Ermənistanın xüsusi istintaq xidməti məlumat yayıb. Belə ki, general Arutunyan 1 mart hadisələrinə bağlı 0038 nömrəli əmrin icraçısı qismində ittiham olunsa da, Rusiya tərəfi onun öz vətəndaşı olduğunu bildirib və Kreml qəti olaraq Yerevanın tələbini rədd edib. Beləliklə, Rusiyanın hüquq mühafizə orqanları onun üzərindəki axtarışı çıxarıb.
“Moskva Yerevana öz “dişlərini” göstərdi”
Erməni analitikləri bunu və bu kimi digər hadisələri Ermənistanın yeni hakimiyyətinin anti-Rusiya siyasəti ilə əlaqələndirməkdə davam edirlər.
Politoloq Qaqik Qambaryan 1in.am saytına məsələ ilə bağlı açıqlama verib və hesab edir ki, hələ Nikol Paşinyan hakimiyyətə gəlməsinin ilk günlərində Mikael Arutunyanın Ermənistana geri qaytarılmasına cəhd göstərdi və onda Moskva Yerevana öz “dişlərini” göstərdi. Bununla Ermənistana işarə elədi ki, Yerevan generaldan kənarda dayanmalıdır. “Bütün bunlara baxmayaraq, rəsmi Yerevan sənəd üzərində sübutlar etməyə çalışdı və onda da Rusiya öz sənədlərinmi təqdim edərək, onun Rusiya Federasiyası vətəndaşı olduğunu bildirdi, həmçinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verməyəcəyini bəyan etdi”, deyə erməni politoloqu bildirib.
“Hakimiyyət infantillik və sadomazoxizimliklə məşğul olur”
Qambaryan əlavə edib ki, Moskvanın belə addım atacağı gözlənilən idi: “Moskvanın belə addım ataraq, özünü bu cür aparacağı bəri başdan bəlli və gözlənilən idi. Məni təəccübləndirən hakimiyyətin sadomazoxistliyidir. Yaxşı, görürsünüz ki, Moskva hətta qatil Premyakovu (Gümrüdə bir ailəni güllələyən rus əsgəri-R.R.) erməni hüquq-mühafizə orqanlarına vermədi, eləcə də bu yaxınlarda Gümrüdə bir qadını qətlə yetirmiş digər hərbi qulluqçusunu da verməkdən imtina etdi...Bəs rəsmi Yerevan nə haqda fikirləşir, düşünür ki, qatilləri Ermənistanın hüquq-mühafizə orqanlarına verməyən Rusiya vətəndaşı olan generalımı onlara təhvil verəcək? Bu, infantillik və sadomazoxizimdir.”
“Bizim hakimiyyət qaynar başla necə rəftar elədilər və əvəzində nə aldılar?”
Erməni siyasi şərhçisi qeyd edib ki, baş verənlərin əsas səbəbkarı yeni hakimiyyətdir və nədənsə, bu hakimiyyət həmin səhvlərindən nəticə çıxarmır.
“Münasibətləri tamamilə başqa məcrada tənzimləmək lazımdır ki, sonradan qulaqardı şapalağı almayasan”, deyə bildirən Qambaryan qeyd edib: “Məsələ şəxslərdə deyil, məsələ yanaşma tərzindədir ki, bu tərz dəyişilməlidir. Rusiyanın təşəbbüsü ilə yaradılmış hərbi-siyasi birliyin keçmiş rəhbəri Yuri Xaçaturov məsələsinə də baxaq, bizim hakimiyyət qaynar başla necə rəftar elədilər və əvəzində nə aldılar? General Mikael Arutunyan da təsadüfi adam deyil: ictmai rəydə bu məsələ müzakirə olunmaqda davam edəcəksə, o həll olunmamış qalacaq”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB