İran prezidenti Mahmud Əhmədinejad özünün 1977-ci il Peugeot avtomobilini hərraca çıxarır. SİA-nın xəbərinə görə, maşının satışından əldə edilən vəsait xeyriyyəçiliyə veriləcək. İranın dövlət mediası azad ticarət rəsmisinə istinadən bildirib ki, avtomobil fevral ayında keçiriləcək maşın hərracında satışa çıxarılacaq. Peugeot-506 hərraca çıxarılacaq 70 maşın arasında olacaq. Mahmud Əhmədinejad bu maşını Tehran meri olduğu vaxt işlədirdi. Prezident seçildikdən sonra onu bu avtomobillə nadir hallarda görmək olurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB