Dövlət Sərhəd Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə mərasim keçirilib

Dövlət Sərhəd Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə mərasim keçirilib
Bu gün Dövlət Sərhəd Xidməti Aparatında xalqımız və dövlətimiz üçün ən əlamətdar günlərdən biri olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təntənəli mərasim keçirilib. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən orden və medallarla təltif olunan hərbi qulluqçulara mükafatlar təqdim olunub.

Sonda Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytnant Elçin Quliyev şəxsi heyəti təbrik edib və xidmətdə nailiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə