Bu gün, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sosial layihələri çərçivəsində Suraxanı rayonundakı 2 saylı uşaq evində bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan uşaq evinin direktoru Sevda Hacıyeva bayram tədbirinin təşkilatçılarına və təşəbbüskarlarına minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışıb. Onun sözlərinə görə, kimsəsiz uşaqlarla görüşmək, onları sevindirmək kimi ənənənin təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu ənənə ən yüksək səviyyədə qorunub-saxlanılmaqdadır.
Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Onlar uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər. Onun sözlərinə görə, bu kimi mənəvi dəstək hər bir kimsəsiz uşaqların böyük sevincinə səbəb olur və onların qəlblərində xoş, silinməz izlər buraxır. O cümlədən, YAP-ın da bu kimi təşəbbüslərlə çıxış etməsi, müxtəlif bayram tədbirlərinin həyata keçirilməsi hər kəsdə tükənməz sevinc hissləri oyatmaqdadır.
YAP GB-nin sədri Seymur Orucov isə çıxışında qeyd edib ki, bu gün Azərbaycan dövlətinin kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğısı gəncləri də ruhlandırır. "Dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş bu körpələrə həmçinin onlara gecə və gündüz xidmət edən insanlara mənəvi dəstək biz gənclərin borcudur", deyə vurğulayan Seymur Orucov eyni zamanda qeyd edib ki, belə bir tədbirlərin keçirilməsi davamlı olaraq reallaşdırılacaq: "Biz, bu örnəyi cənab Prezidentimiz İlham Əliyevdən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan götürür və əlbəttə ki, həyata keçiririk. Hər bir azərbaycanlı gənci bu kimi əhəmiyyətli təşəbbüslərdə yaxından iştirak edərək, öz mənəvi borcunu həyata keçirir. Xüsusilə, YAP GB hər zaman bu fəallığını qoruyub-saxlayacaq".
YAP GB-nin açdıqları bayram süfrəsi və hazırladıqları tanınmış müğənnilərin iştirakı ilə əyləncə proqramı uşaq evinin uşaq evinin sakinlərinin sevincinə səbəb olub. Gənc fəallar qayğıya ehtiyacı olan uşaqlara müxtəlif məktəb ləvazimatları və hədiyyələr təqdim ediblər.
Tədbir bir-birindən maraqlı rəqslərlə davam etdirilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB