“Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli xarici qüvvələrə nökərçilik edirlər” AÇIQLAMA

“Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli xarici qüvvələrə nökərçilik edirlər” AÇIQLAMA

“Ataların belə bir məsəli var aşığın sözü qurtaranda neynim-neynim eləyir”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, bu adamların artıq iqtidarla bağlı şər-böhtan kampaniyaları bir nəticə vermədi: “Yəni bununla gündəmdə qala bilmədilər. Çünki dedikləri hamısının sonunda yalan, böhtan, şər olduğu ortaya çıxdı. İstər-istəməz bu da bunlara ciddi zərbə vurdu. “Neynim-neynim” deyib sonda yol tapdılar ki, indi özümüz-özümüzü ilə çırpışaq. Çəkişmədə yeni maliyyə əldə etməklə bağlıdır. Xaricdən maliyyələşən qüvvələr istər-istəməz xaricdə ki, anti-Azərbaycan qüvvələri maraqlandırmaq istəyirlər. Ümumiyyətlə, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli xarici qüvvələrə nökərçilik edirlər. Nədi-nədi xarici məkrli dairələr onlara qəpik-quruş verir. Digər real fakt ondan ibarətdir ki. müxalif baş bilənlərin biri özünü digərindən üstün tutub və bir-birini sıradan çıxartmaq üçündə əllərindən gələni ediblər. Necə ki, bu gün edirlər. Onsuzda onların nə istəməsindən və nə etməsindən asılı olmayaraq, onlar heç vaxt qurduqları xəyalları reallaşmayacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə