Aydın Mirzəzadə: “Azərbaycanda əldə olunan gəlirlər ilk növbədə sosial və ölkədə mövcud olan bütün poblemlərin həllinə yönəldilir” - MÖVQE
"Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi adi deyil, tarixi hadisədir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib. O bildirib ki, ilk dəfə su kəməri 1909-cu ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən çəklib, daha sonra isə su ilə əlaqədar mühüm addım 1972-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən atılıb.
Onun sözlərinə görə, vaxtilə su ilə əlaqədar başlanan addımlar uğurla davam etdirilir: "Ən əsası da ondan ibarətdir ki, bu kəmərin çəkilməsi əsrlərdir uzanıb qalan su problemini aradan qaldıracaq. Ümumiyyətlə, iqtidar tərəfindən hansı sahəyə diqqət yetirilirsə orada olan problemlər öz həllini tapır. Azərbaycanda əldə olunan gəlirlər ilk növbədə sosial və ölkədə mövcud olan bütün poblemlərin həllinə yönəldilir. Bu da o deməkdir ki, atılan addımlar düzgündür. Milli Məclis bu siyasəti dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB