Eldar İbrahimov: “Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən təmiz suyun Bakıya çəkilməsi sevindirici haldır” - AÇIQLAMA

Eldar İbrahimov: “Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən təmiz suyun Bakıya çəkilməsi sevindirici haldır” - AÇIQLAMA
"İlin sonunda Bakı əhalisinin böyük sevincinə səbəb olan əlamətdar hadisə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsidir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Eldar İbrahimov Milli Məclisin bugünki iclası zamanı çıxışında deyib. O bildirib ki, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən təmiz suyun Bakıya çəkilməsi sevindirici haldır.

Onun sözlərinə görə, ilin sonunda daha bir əlamətdar hadisə Naxçıvana gedən təyyarələrin yenilənməsi və biletlərin qiymətlərinin aşağı düşməsidir. "Hər iki hadisə ölkə prezident tərəfindən xalqımız üçün sürpriz oldu. Xüsusən də Naxçıvana gedən təyyarələrin yenilənməsi vacib bir məsələdir. Bilirik ki, Naxçıvana gedən təyyarələr düşmən ölkənin ərazisindən keçir. Ona görə də təyyarələrin yeni və təhlükəsiz olması mütləqdir. Buna görə prezidentimizə təşəkkürümüzü bildirik".

Qeyd edək ki iclas davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə