“Amerikanın İrana qarşı sanksiyaları bölgənin təhlükəsizliyini və sabitliyinə zərər verir. Yenidən təkrarlayıram ki, Türkiyə bu qərarı dəstəkləmir". SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birgə Ankarada keçirilən mətbuat konfransında deyib.
Rəcəb Təyyib Ərdoğan bildirib ki, zalım təzyiqlərin artdığı zamanda dost İran xalqının yanında durmağı davam etdirəcəyik: "Biz Amerikanın sanksiyaları məsələsində İranın yanında olacağıq”.
Türkiyə prezidenti Amerikanın nüvə sazişindən çıxmasını düzgün hesab etmədiyini bildirərək Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmi Tehranın öhdəliklərinə əməl etməsi haqda dəfələrlə bəyanat verdiyini vurğulayıb.
Qeyd edək ki, İran pezidenti Həsən Ruhani başçılıq etdiyi yüksək rütbəli nümayəndə heyəti ilə birgə Türkiyəyə səfər edib. İki günlük səfərdən məqsəd strateji əlaqələrlə bağlı keçirilən ikitərəfli beşinci toplantının işlərinin davam etdirməkdir. Tərəflər qarşılıqlı ticarət mübadiləsini 30 milyard dollara çatdırmaq niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB