Müdafiə naziri pensiyaya gedir İTTİHAMLAR VAR

Müdafiə naziri pensiyaya gedir İTTİHAMLAR VAR

ABŞ-ın müdafiə naziri general Mettis pensiyaya göndərilir. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp öz Twitter səhifəsində yazıb. O, yeni nazirin tezliklə təyin olunacağını da qeyd edib.

Tramp Mettisin iki il bu vəzifədə olduğu müddətdə uğurlar qazandığını bildirib. Yazıb ki, əsas uğurlar yeni hərbi texnikaların alınmasında əldə olunub.

“General Mettis mənə müttəfiqləri və digər ölkələri hərbi öhdəliklərini yerinə yetirməyə məcbur etməkdə köməklik göstərib”, deyə Tramp sosial şəbəkədə yazıb. O, Mettisə xidmətinə görə təşəkkür edib və yaxın günlərdə yeni nazirin təyin olunacağını bildirib.

Rusiyanın TASS agentliyi isə yazır ki, Mettisin təqaüdə getməsinə səbəb onun Trampla münasibətlərinin korlanması və fikir ayrılıqları ilə bağlıdır. Bu barədə məlumat dekabrın 20-də hərbi nazirin təqaüdə getmək arzusu ilə bağlı ərizəsinin ictimailəşməsindən sonra yayılıb.

O, öz xahiş ərizəsində yazıb ki, Trampın yeni və eyni baxışları ola biləcək nazirlə işləmək hüququ var və bu baxımdan, onun bu vəzifəni tərk etməsi daha məqsədəuyğun olardı. Həmin ərizə-sənəddə Mettis Trama xəbərdarlıq da edərək yazıb ki, ABŞ müttəfiqlərinə hörmət nümayiş göstərməsə öz maraqlarını müdafiə edə bilməməklə yanaşı, hərbi alyansların möhkəmliyini də qoruya bilməyəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə