"Növbədənkənar seçki olarsa, bu dairələrin hücumları daha da çoxalacaq" ÖZƏL-MÜNASİBƏT
“Dünyada siyasi mübarizə təcrübəsi göstərir ki, bir dövlətə qarşı hücum edəndə ilk olaraq onun lideri, ardınca həmin liderin yanında dövlət üçün əhəmiyyətli fiqurlar hədəfə alınır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov özü bu haqda bildirdi ki, ”məqsəd bir tərəfdən təmsil olunduğum hakimiyyəti çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır". Hörmətli Əli müəllim haqlıdır, məqsəd onun timsalında Azərbaycan iqtidarını, dolayısı ilə bu gün Azərbaycan dövlətinin mövcudluğunda böyük paya sahib olan komandanı ləkələməkdir”. Bunu SİA-ya açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.
“Unutmamalıyıq ki, son nəticədə hədəf yenə də Azərbaycan dövlətidir. Fikir verin, indiyə qədər Azərbaycana qarşı ən müxtəlif vasitələrdən istifadə olunub, lakin ölkədə mövcud iqtidarın sağlam mövqeyi və xalqın dəstəyi bu hücumların qarşısına sədd çəkib. İndi məhz söyüşə əl atılması Azərbaycan dövlətini “qurşaqdan aşağı” vurmaq cəhdidir"-deyə, qurum rəhbəri bildirib.
Aynur Camalqızı əlavə edib ki, eyni zamanda mümkündür ki, ”söyüş müxalifəti" və onun arxasındakı dairələr növbədənkənar parlament seçkisi xəbərlərinə görə aktivləşiblər: “Hərçənd seçkinin olub-olmayacağı dəqiq deyil. Görünür, onlar prezident seçkilərində edə bilmədiklərini indi etməyə çalışır və buna görə də seçkinin olub-olmayacağını dəqiqləşdirmədən, hansısa şayiələrə əsaslanaraq hərəkətə keçiblər. Burada məqsədləri vaxt udmaqdır, yəni nə qədər tez başlasalar, prosesdən bir o qədər “qazanclı” çıxacaqlarını düşünürlər. Bu başlanğıc onu deməyə əsas verir ki, növbədənkənar seçki olarsa, bu dairələrin hücumları daha da çoxalacaq və mümkündür ki, onlar “söyüş leksikonlarını” bir az da genişləndirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB