Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir. SİA-nın məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur.
Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.
Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB