"Nikol 7 ayda bizim 20 ildə buraxdığımız səhvlərdən daha çox səhv edib" ŞARMAZANOV

"Nikol 7 ayda bizim 20 ildə buraxdığımız səhvlərdən daha çox səhv edib" ŞARMAZANOV

Respublika partiyası siyasi mübarizəsinin ikinci mərhələsinə başlayır. SİA xəbər verir ki, bu barədə aysor.am-a müsahibəsində Ermənistan parlamenntinin vitse-spikeri, Ermənistanın Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, Nikol Paşinyan artıq ardıcıl siyasi səhvlər buraxır.

“Bu yeddi ayda Nikol və onun komandası Respublika partiyasının 20 ildə buraxdığı səhvlərdən daha çox səhvlər edib”, deyə qeyd edən Şarmazanov xatırladıb ki, vaxtilə Respublika partiyasının üzvləri ölkəyə təyyarələrlə silah gətirərkən, Paşinyan hakimiyyəti yeni il yolkası gətirir. “Biz təhlükəsizliyi möhkəmləndirirdik, onlar isə kef məclisləri düzüb-qoşurlar”, vitse-spiker bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə