Ermənistanın qonşu dövlətlərlə münasibətləri sual altındadır TƏHLİL
Ermənistanda növbədənkənar parlament seçkilərində seçki pozuntuları, qanunsuzluqlar və demokratiyanın kobud şəkildə pozulması hesabına qalib gələn Nikol Paşinyanın Türkiyə ilə münasibətlər barədə açıqlamaları təkcə onun deyil, ümumilikdə erməni xislətinin təzahürüdür. Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını bəyan etməklə münasibətlərin normallaşacağını vəd edən Paşinyan əslində, özü də bunun reallaşacağına inana bilmir.
Münaqişə öz ədalətli həllini tapmadıqca ermənilər Türkiyə ilə münasibətləri yalnız yuxularında görə bilərlər
Bəllidir ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Dağlıq Qarabağ konfliktinə, daha dəqiq desək erməni işğalçılarının işğal, zəbt və terror faktlarına görə normal deyil. Hətta bir neçə dəfə bəyan olunub ki, Türkiyə qardaş ölkə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən dövlətlə, Ermənistanla bu münaqişənin ədalətli həllinə, ermənilərin torpaqlarımızı tərk edəcəkləri vaxta qədər münasibətlər qurmayacaq. Bir sözlə Türkiyə Ermənistan qarşısında acıq-aydın şəkildə dilemma, şərt qoyub və münasibətlərin bərpası üçün Ermənistan bu şərtlə razılaşmaq məcburiyyətinədədir.
Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır, deyən Paşinyan özü də etiraf edir ki, bu münaqişənin həlli xaricində, Azərbaycan torpaqlarını tərk etməyəcəkləri, həmin torpaqları Azərbaycana qaytarmayacaqları halda münasibətlər barədə danışmağa cəsarəti belə olmayacaq. Etiraf edir ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə Ermənistanın münasibətlərinə təsir edir. Bu etirafların fonunda Paşinyanın timsalında hər bir erməni də yaxşı başa düşür ki, münaqişənin həllini uzatmaqla Türkiyə ilə münasibətləri donmuş vəziyyətdə saxlamaqdan başqa onların heç nəyə gücü çatan deyil. Əks halda, yəni münaqişə həllini tapmadıqca ermənilər Türkiyə ilə münasibətləri yalnız yuxularında görə bilərlər.
Küçə nümayişçisinin hər bəyanatı, hər ifadəsi dırnaqarası erməni demokratiyası qədər gülünc və ikrah döğurucudur
Maraqlıdır, Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq deyə bəyan edən Paşinyan özü də bilə-bilə ki, bu ağıla sığan deyil, niyə belə bir bəyanatla çıxış edir? Məgər Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün səbirsizliklə Paşinyanın, yaxud, hansısa erməninin hazır olub-olmadığınımı gözləyir? Türkiyənin Ermənistan nəyinə lazımdır və inqlablar, səfalət, qarmaqarışıqlıq hökm sürən, tənəzzül dövrünü yaşayan, qarşılıqlı münasibətlər qurmaq üçün heç bir təbii ehtiyatlara, heç bir imkanlara malik olmayan bu ölkə münasibətlər qurmağa nə ilə hazırdır?
Görünür, Paşinyan hələ də küçədə verdiyi mənasız və əsassız vədlərin təsirindən çıxa bilmir və hələ də küçə eyforiyasındadır. İkitərəfli münasibətlər qurmaq üçün hansısa avantüristin boş-boş vədləri kifayət deyil və Türkiyə belə avantüristlər üçün idarəedilməz kütlənin toplaşdığı küçə deyil ağıllarına gələni bəyan etsinlər. Bu küçə nümayişçisinin hər bəyanatı, hər ifadəsi dırnaqarası erməni demokratiyası qədər gülünc və ikrah döğurucudur. Çünki, yalnız Türkiyə hazır, yaxud razı ola bilər və hazırda şərt irəli sürən tərəf Türkiyədirsə, Azərbaycan torpaqları, Dağlıq Qarabağ geri qaytarılmadıqca bu münasibətlərə razı deyilsə, Ermənistan nəyə hazır ola bilər?
Ermənistanın işğalçı tərəf olduğunu Paşinyanın gizlətməyə çalışması dünya ictimaiyyəti üçün sirr deyil və erməni xisləti artıq bütün dünyaya bəllidir
Digər tərəfdən Nikol Paşinyan, bu problemi həll etməyə ümid edirik, deməklə, Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini bildirməklə, sanki, elə bir təəssürat yaratmağa çalışır ki, guya münaqişənin həlli qətiyyən Ermənistandan asılı deyil və elə bil Azərbaycan torpağı olan Qarabağın nə işğalından xəbəri var, nə də erməni işğalçılarının bu məsələdə heç bir aidiyyatı belə yoxdur. Paşinyanın hər bəyanatında, hər fikrində tipik erməni xislətinin şahidi oluruq və artıq hayların hayasızlığı bu küçə nümayişçisinin ifadələrinin timsalında nə hədd bilir, nə hüdud.
Münaqişənin sülh yolu ilə həlli variantını güclü şəkildə dəstəkləyirik, deyən bu hədsiz sülhü kimin pozduğunu, münaqişənin kim tərəfindən törədildiyini, işğalçılıq siyasətini kim apardığını, soyqırım siyasətini kim yürütdüyünü, Xocalı kimi insanlıq dramına kimin imza atığını və erməni işğalçılarının, separatçıların bir sıra bu kimi sülhü pozan qanunsuz əməllərini bilmirmi? Ermənistanın işğalçı tərəf olduğunu həmişə olduğu kimi Paşinyanın gizlətməyə çalışması dünya ictimaiyyəti üçün sirr deyil və erməni xisləti artıq əsrlərdir ki, bütün dünyaya bəllidir. BMT kimi nüfuzlu bir beynəlxalq təşkilatın erməni işğalçılarının zəbt etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri, qaçqınların öz yurd-yuvalarına qayıtması barədə dörd qətnaməsi də təsdiq edir ki, işğalçılıq siyasəti yürüdən, soyqırıma imza atan, bir sözlə sülhü pozan tərəf Ermənistandır və bunu indi artıq bilməyən yoxdur.
Nəinki Türkiyə, bu gün bütün region dövlətləri Ermənistanla münasibətlərin qurulmasına, bərpasına maraqlı deyillər
Bir halda ki, sülhü pozan, işğalçılıq siyasətini davam etdirən, terrorçuluğu, separatizmi dəstəkləyən elə Ermənistanın özüdür, sülh yolu ilə münaqişənin həlli variantını güclü şəkildə dəstəkləməkdənsə, BMT qərarlarına etinasızlıq etmədən Paşinyan Azərbaycana məxsus Dağlıq Qarabağın geri qaytarılmasını təmin etməlidir. Təmin etməlidir ki, Türkiyə ilə münasibətlərin bərpa olunması barədə danışmaq imkanı qazansın. Əks təqdirdə qardaş Türkiyə Azərbaycanın mövqeyini müdafiə edərək ermənilərlə münasibətlər barədə düşünməyəcək də. Nəinki Türkiyə, bu gün bütün region dövlətləri təhlükəsizliyinin təminatı baxımından bu münaişənin həllində maraqlıdır və heç biri Ermənistanla münasibətlərin qurulmasına, bərpasına maraqlı deyillər.
Nə qədər ki, Ermənistan Dağlıq Qarabağı mənimsəmək siyasətindən əl çəkməyəcək, nə vaxta qədər ki, terrorçular, separatçılar Azərbaycan torpaqlarını tərk etməyəcəklər nə Azərbaycan, nə də Türkiyə ilə münasibətləri ermənilər ağıllarına belə gətirə bilməyəcəklər. İndi hamı bilir ki, Ermənistanın qonşu dövlətlərlə münasibətləri sual altındadır. Nə qədər ki, sülhün, təhlükəsizliyin təmin edilməsinə Ermənistan tərəfi dırnaqarsı yanaşacaq, qonşu dövlətlərlə münasibətləri belə sual altında da qalacaq. Bu isə Ermənistanın indiki marginallaşmış, bölgədə tək qalmış vəziyyətini daha da gərginləşdirəcək, daha da çətinləşdirəcək. Paşinyandan tutmuş hər bir erməni vətəndaşına qədər Qərbin vəd etdiyi yağlı tikəyə göz dikən hər kəs Ermənistanın demokratiya oyunlarının sınaq meydançasına çevrildiyini, bununla da səfalətinin daha da dərinləşdirdiyini dərk etmək məcburiyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB