“Ədalətli məhkəmə araşdırması”

“Ədalətli məhkəmə araşdırması”

Dekabrın 27-də Masallı rayonunda Amerika Hüquqşünaslar Assosiasiyası (ABA GELLİ) İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü proqramı çərçivəsində "Ədalətli məhkəmə araşdırması" mövzusunda hüquqşünaslar üçün təlim keçirib. SİA-nın cənub bürosunun məlumatına görə, Assosiasiyanın Hüquqi Təhsil islahatları Proqramının hüquqşünası Lalə Xəlilli öz çıxışında təlimin məqsədinin yerli hüquqşünasların bu sahədə biliklərini artırmaq olduğunu bildirib.

Daha sonra Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6 – cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) barədə geniş məlumat verib.

Təlim iştirakçıları, həmçinin Məhkəməyə müraciət hüququ, Hüquqi müəyyənlik hüququ, Açıq məhkəmə araşdırması hüququ, Məhkəmə qərarlarının icra olunmaması, Təqsirsizlik prezumpsiyası və s.mövzular barədə geniş müzakirələr aparıblar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə