“Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının ürəyində daim yaşayacaq" ÖZƏL-MÜNASİBƏT

“Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının ürəyində daim yaşayacaq" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 15 il ötür. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi ƏƏSM-nin kollektivi də bir nəfər kimi Ulu Öndərin əziz xatirəsini yad edir. Biz artıq anım günü ilə bağlı nazirlikdə də tədbir keçirmişik”. Bunu SİA-ya açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi (ƏƏSM) nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin, eyni zamanda Azərbaycanda sosial inkişaf modelinin qurucusudur: “1993-2003-cü illərdə Ümummilli Lider əmək, sosial, müdafiə sahələrində 60-dan çox müxtəlif qanunları, proqramları qəbul edib. Həmin qanunların, proqramların qəbul edilməsi bu gün Azərbaycanın sosial müdafiə sisteminin əsasını təşkil edir. Ulu Öndər hər zaman xüsusilə böhran zamanlarında Azərbaycana rəhbərlik edib. Onun əziz xatirəsi hər bir azərbaycanlının ürəyində daim yaşayacaq. Biz ƏƏSM-nin əməkdaşları daima Ümummilli Liderin xatirəsini əbədi tutacayıq, onun qoyduğu mirası daim yaşadacayıq və Ulu Öndərin davamçısı cənab Prezident İlham Əliyevin siyasətini daim ən yüksək səviyyədə həyata keçirməyə çalışacağıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə