Futbol üzrə birinci Divizionda mübarizə aparan "Şuşa" klubunda əsaslı dəyişiklik olacaq. SİA-nın əldə etdiyi məlumata görə, kluba yeni baş məşqçi təyin olunacaq. Klub rəsmiləri artıq türkiyəli mütəxəssis Metin Demirkıran ilə razılığa gəliblər. "Kocaelispor"un keçmiş qapıçısı Nihat Yenilməz isə məşqçi vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, "Şuşa" bir neçə futbolçu da transfer etməyə hazırlaşır. Belə ki, "Kocaelispor"un A-2 komandasından Hüseyn Gönən, "Gebze" klubundan Selçuk Ekinci və Hasan Özkan ilə müqavilə bağlanacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB