Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQDK) Prezident İlham Əliyevin Sərəncamına əsasən Bakı Dağ Yəhudi İcmasının sədri Semyon Borisoviç İxilova verilmiş fəxri diplomun təqdimetmə mərasimi olub. SİA-nın verdiyi xəbərə görə, təqdimetmə mərasimində DQDK-nın sədri Hidayət Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxüislam Hacı Allahşükür Paşazadə, Bakı Dağ Yahudi icmasının sədri Semyon İxilov və digər icma nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan DQDK-nın sədri Hidayət Orucov bildirib ki, Bakı Dağ Yəhudi İcmasının fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Onun sözlərinə görə, icmaya ümumilli lider Heydər Əliyev tərəfindən böyük qiymət verilib.
Komitə sədri vurğulayıb ki, icmanın fəaliyyət göstərməsi üçün ölkəmiz tərəfindən hər çür şərait yaradılıb: "Hətta paytaxtda sinaqoqun inşasına başlanılıb. Bundan əlavə bu gün təltif olunan mükafat ölkə rəhbərinin din xadimlərinə olan yüksək münasibətinin göstəricisidir".
Daha sonra mükafatı icma sədrinə tqdim edən H.Orucov onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bundan əlavə səbəbkara komitə tərəfindən "Adres papkası" və hədiyyə təqdim edilib.
Mərasimin davamında söz alan Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkədə din xadimlərinə olan yüksək münasibətdən və qayğıdan danışıb.
Bir zaman 18 məscidi olan Azərbaycanda indi 1000 məscid fəaliyyət göstərir. Hazırda ölkəmizdə onların fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Dindar vətəndaşların elmi cəhətdən daha yaxşı yetişməsi üçün DQDK-nın böyük xidmətləri var. Biz dövlətimizdə dindarlara göstərilən qayğıya, münasibətə, bu sahə üçün görülən işlərə görə minnətdarlığımızı bildirməyik. Bütün görülən işlər dindarlara olan qiymətdir".
Çıxışının sonunda Qafqazın şeyxi H.A.Paşazadə Semyon İxilovu ürəkdən təbrik edib, ona ən çox arzularını bildirib.
Qeyd edək ki, S.İxilov Azərbaycanda xalqlararası dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə diploma layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB