Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclasda komitənin 2019-cu il üçün fəaliyyət proqramı və prioritetləri müzakirə olunub, komitə sədrinin hesabatı dinlənilib. Həmçinin miqrasiya böhranının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və onun bu ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, “Brexit”in miqrasiya məsələlərinə təsiri, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması məsələləri müzakirə edilib.
SİA-nın verdiyi məlumata görə, iclasda Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirib.
Komitə iclasında yeni məruzəçilərin səsverməsi keçirilib. "Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusunda məruzəçi seçilməsi üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın və portuqaliyalı parlamentarinin namizədliyi irəli sürülüb. Milli Məclisin deputatı S.Qafarova səs çoxluğu ilə "Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusu üzrə məruzəçi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB