Məhəmməd Mirzəli Avropa dəyərlərini bu cür təhqir etdi TƏRS BAXIŞ

Yaxud, qrantbazların maliyyə “krantları” niyə bağlandı?

Bir neçə gün bundan öncəyə qədər Avropanı “tərif atına” mindirib, sosial şəbəkədə ora-bura çapanların, yəni qrantbazların maliyyə “krantları” bağlanıb və bunun da səbəbləri var. Əslində, səbəbləri də bəllidir, daha dəqiq desək, bunlar özləri-özlərini ifşa ediblər. Məhəmməd Mirzəli ilə Tural Sadıqlının qrant üstündə bir-birlərinə olmazın sözlər demələri, məhz erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən xarici fondlardan aldıqları ianələrə görə açıq-aşkar etiraflarda bulunmaları artıq özü-özlüyündə bütün kartları açığa çıxarıb.

Məhəmməd Mirzəli: “300 vro nədir? 300 avroya Avropada heç it də saxlamaq olmaz”

Digər tərəfdən, biz bu məsələdə daha bir maraqlı məqamın şahidlərinə çevrilirik. Misal üçün, Məhəmməd Mirzəlinin Tural Sadıqlını 80 min avro dəyərindəki qrantı mənimsəməkdə ittiham etməsinin ardınca ona “tulapayı” şəklində 300 avro təklif etməsinə cavabını xatırlayaq. SİTAT: “300 vro nədir? 300 avroya Avropada heç it də saxlamaq olmaz”.

Halbuki, bu həmin Məhəmməd Mirzəlidir ki, gecə-gündüz Avropa dəyərlərini sadalayaraq, oranı “cənnətməkan” élan etmişdi. Məsələn, Avropada hər şeyin ucuz olması, insan hüquqlarına humanist münasibət və s. məsələləri daim önə çıxaran Mirzəli birdən-birə 300 avro pulla bu qitədə iti də saxlamağın mümkünsüzlüyünü etiraf edib.

Məhəmməd Mirzəli onu da etiraf edib ki, bu qitədə ona, eləcə də Tural Sadıqlıya, habelə Orduxan Teymurxana və dəstəkçilərinə it dəyərini belə vermirlər

Məhz bu sözlərindən sonra onu və Tural Sadıqlını maliyyələşdirən bəzi ermənipərəst donorların qrant məsələsində geri çəkildikləri barədə məlumatlar yayılmaqdadır. Artıq, Azərbaycan dövləti və hakimiyyəti əleyhinə fəaliyyət göstərən bəlli xarici fondlar ifşa olunduqlarının fərqinə varmağa başlayıblar.

O cümlədən, Məhəmməd Mirzəli onu da etiraf edib ki, bu qitədə ona, eləcə də Tural Sadıqlıya, habelə Orduxan Teymurxana və dəstəkçilərinə it dəyərini belə vermirlər. Sadəcə, onlar bir-birlərini aldatmaqla, pul-paralarını yeməklə bu günlərini necə deyərlər, sabahkı günlərinə calayırlar. Əgər belə olmasa idi, Mirzəli tumanını başına çəkib, bu qədər haray-şivənlik də salmazdı. Demək ki, bənzər məsələlər bu kimi siyasi dəllalların, qrantbazların arasında birinci dəfədir ki, baş verməyib.

Qurban Məmmədovun tərəfdarları “Azad söz”ün bağlanmasını bumeranq zərbəsi adlandırdılar

Yeri gəlmişkən, bu məsələ ictimailəşər-ictmailəşməz bir müddət qabaq Qurban Məmmədova qarşı hücumlar edən bəlli adamlar – Məhəmməd Mirzəli, Tural Sadıqlı və sairləri qarşı tərəfin “Azerifreedom” - Faxebook vasitəsi ilə işləyən kanalının bağlanmasına sevindiklərini gizlətməmişdilər. Məhz həmin ərəfələrdə Qurban Məmmədovun onların üzərində daha çox “reytinq” qazanacağından ehtiyat edən bu şəxslər indi özlərinin yayım kanallarının bağlanmasına şahid olublar. Əbəs deyil ki, Qurban Məmmədova dəstək verənlər “Azad söz” adlı riyakar qurumun bağlanmasını bumeranq zərbəsi adlandırırlar.

Beləliklə, fakt budur ki, öz aralarında 80 min avroluq qrantları bölə bilməyənlər hələ bundan sonra daha sərt və barışmaz qarşıdurmalara gedəcəklər. Bu isə çoxdan proqnozlaşdırılan bir reallıq idi ki, nəticə etibarilə baş tutmuş sayıla bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə