“Saakyanın “səfər”lərinə biganəlik vasitəçilik prinsiplərinə ziddir” AÇIQLAMA

“Saakyanın “səfər”lərinə biganəlik vasitəçilik prinsiplərinə ziddir” AÇIQLAMA

“Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya, ABŞ və Rusiyaya səfər etməsi ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin bu münaqişə ilə bağlı fəaliyyətsizliyinin nəticəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Aliyev deyib.

Politoloq: "Necə olur ki, separatçıların rəhbəri, terrorçu durub BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə səs verən, eyni zamanda münaqişənin sülh yolu ilə həll olmasına cavabdehlik daşıyan həmsədr ölkələrə səfər edir və orada görüşlər keçirir. Belə ikili standart hələ heç bir ölkəyə qarşı tətbiq olunmayıb. Çox təəssüf ki, bu cür ikili standartlar bizim ölkəyə qarşı tətbiq olunmaqdadır. Saakyanın “səfər”lərinə şərait yaratmaq sözügedən ölkələrin Dağlıq Qarabağ münaqişəsində vasitəçilik prinsiplərinə ziddir. Həmin ölkələr buna görə Azərbaycan tərəfinə izahat verməlidirlər. Bu cür hallar davam edərsə, Azərbaycan dövləti öz hərbi gücündən istifadə edərək, tarixi torpaqlarını işğalçı qüvvələrdən təmizləyəcək. Bunun üçün həm dövlətimizin, həm də ordumuzun kifayət qədər gücü var. Xalqımız hər zaman dövlətinin və Prezidentinin yanındadır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə