Anti-Azərbaycan təbliğatının "anası" Leyla Yunus, bəs "atası"? - FAKT

Anti-Azərbaycan təbliğatının "anası" Leyla Yunus, bəs "atası"? - FAKT

Son bir ildə Azərbaycan hakimiyyətini hədəfə alan və əslində bütün Azərbaycanı, dövlətçiliyimizi məhv etməyi, başqa dövlətlərdən asılı etməyi, Dağlıq Qarabağ münaqişəsinin həllindən yayındırmağı, unutdurmağı qarşılarına məqsəd qoyan qüvvələr bu təbliğatda Azərbaycan vətəndaşlarından istifadə edəndə əksəriyyətimiz bir anlığa "bu ola bilməz", deyə özümüzə təskinlik verməyə çalışdıq. Və bu təbliğat elə qurulmuşdu ki, sanki, təbliğat ruporları - gənclər, blogerlər, sosial şəbəkə fəalları həqiqətən ölkədəki durumdan, problemlərdən çox narahatdırlar. Bir müddət keçdi, hadisələri analiz edib nəticə çıxaranlar, Azərbaycanın sabahını düşünənlər elə həmin anti-milli ünsürlərə qarşı mübarizəyə başladılar, kimin doğru, kimin yalan olduğunu üzə çıxardılar. Buna baxmayaraq həmin qüvvələr yenə dayanmadılar, iradəsi zəif, hər sözə inanan, həyat təcrübəsi az olan gəncləri öz torlarına sala bildilər.

Hələ bu ilin mart ayında anti-Azərbaycan qrupunun ən fəal üzvlərindən biri Orduxanın iç üzünü açan faktlar mediada, sosial şəbəkələrdə tiraşlanmışdı. Amma onların həyasızlığı o dərəcəyə çatmışdı ki, faktı ört-basdır etmək üçün yalan danışmağı, sualdan yayınmağı da özlərinə rəva görməmişdilər. Yəni, "təbliğatımız üçün pul lazımdır, amma bu pulu bizə mühacir kimi verilən 1500 avronun hesabına əldə edirik" kimi inandırıcı olmayan fikirlər irəli sürmüşdülər. Sonradan məlum oldu ki...

Həmin məqalədən kiçik bir hissəni oxucuların diqqətinə çatdırırıq:

...Sosial şəbəklərdə son vaxtlar Orduxan Bəbirov, M.Mirzəli və s. kimi "bloqer"lərin qəflətən Azərbaycanın ünvanına hədyan kampaniyasına başlamaları, onların belə "fəal" olmaları səbəbsiz deyil. Onlar demokratiyadan, insan haqlarından, müstəqil düşüncədən çox danışırlar. Lakin bir adam tərəfindən idarə olunduqları aydındır.

Həmin şəxs, daha doğrusu, səs-səsə verərək Azərbaycanı hədəfə alan "bloqer"lərin ara vermədən təhqirlər və böhtanlar ifraz etmələrinin sifarişçiləri bəllidir. Sifarişçilərlə "aktyor"lar arasında vasitəçi rolunu isə bədnam Leyla Yunus oynayır.

Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli Facebook səhifəsində də Avropada yaşayan soydaşlarımıza xitabən bunu təsdiqləyib.

O yazıb: "Bu "diktatoru tanıdaq" kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 EUR qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?!. Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllalar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: - Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız... Əhsən!

P.S.: Leyla Yunus EED-dən də (European Endowment for Democracy) 60.000 avro kitabı üçün qrant alıb... (guya həbsdə olarkən Yunuslara verilən işgəncələr haqqında "xatirə dəftəri" və s. İstisnasız bütün hüquq müdafiəçiləri bilirlər ki, bunlara heç bir işkəncə verilməyib)... Siz də metroya, avtobusa 20 qəpik dərdi çəkin... Camaat "xatirə dəftəri" üçün 120 min manat qrant alır ey...".

İndi deyəsən Məhəmməd Mirzəli adlı gəncin başı əhlət daşına dəyib. Tural Sadıqlının ona kələk gəlməsini qeyrətinə sığışdırmayıb. Belə çıxır ki, Tural Məhəmmədin qeyrət damarını sıxmasaydı, Mirzəli Məhəmməd Azərbaycanı Avropa bazarında daha ucuz satmaqda davam edəcəkdi... Belə yerdə deyiblər, qeyrətsizdən qeyrət gözləmək axmaqlıqdır... Avropanı elə axmaqlar idarə edir!

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə