Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkərana səfər ediblər
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən bu ilin 27-28 noyabr tarixlərində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir.
XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev xatirə parkı, Lənkəran Olimpiya İdman Kompleksi ilə tanışlıq, Azərxalça ASC, Yaşılçay MMC, eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanışlıq, habelə Astara şəhərində Astara Çay MMC ilə tanışlıq və bu ərazilərdə fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzlərinə baş çəkilməsi nəzərdə tutulmuşdur. Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da təqdimatlar təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB