"Azərbaycan-Türkmənistan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qalxıb" MÖVQE-ÖZƏL

"Azərbaycan-Türkmənistan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qalxıb" MÖVQE-ÖZƏL

“Azərbaycan Prezidentinin Türkmənistana səfəri çox əhəmiyyətli səfər idi. Son illər münasibətlərində soyuq küləklər əsən Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hər iki ölkənin ortaq kökə, ortaq mentalitetə, mədəniyyətə malik olduğunu deyən politoloq söyləyib ki, səfər zamanı dövlət başçıları bu nüansa toxunaraq yaxın münasibətlərin qurulmasının vacibliyini qeyd ediblər.

Politoloq bildirib ki, vaxtilə iki ölkə arasında Xəzərdə neft yataqları ilə bağlı mübahisəli məsələlər var idisə, hazırda bu istiqamətdə pozitiv təkliflər irəli sürülür.

Q. Hüseynli söyləyib ki, Azərbaycan ilə Türkmənistan dövlət başçıları tərəfindən səfər çərçivəsində siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparılması hər iki ölkənin bütün sahələr üzrə inkişafı üçün önəmli məsələlərdir.

Onun sözlərinə görə, xüsusilə də Xəzərin dibindən keçməklə türkmən qazının Avropa bazarına çatdırılması məsələsi bu gün dünyanın iqtisadi böhran məngənəsinə düşmüş Türkmənistana dividentlər gətirməklə yanaşı, bu ölkənin maddi rifah halını xeyli yaxşılaşdıra bilər: “ Bu nöqteyi-nəzərdən Türkmənistan Prezidentinin xahişi ilə baş tutan səfər, imzalanan sənədlər səfərin yüksək səviyyədə keçməsinin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın gələcək inkişafını və ortaq layihələrinin icrasını zəngilləşdirəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə