“Paşinyanın sərsəm düşüncəli qarayaxmalarının sayı artmaqdadır” AÇIQLAMA
"Rotatsiya qaydasına görə, bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Ermənistan nümayəndəsi seçilməli idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətində baş vermiş dəyişikliklər nəticəsində baş katib Ermənistandakı vəzifəsindən xaric olunduğu üçün KTMT-nın baş katibliyindən də azad edilmişdir: "Baş nazirin vəzifəsini icra edən Paşinyan verdiyi namizədi KTMT qəbul etməmişdir. İndi isə Paşinyan KTMT-də böhran yaşadığını iddia edən fikirlər səsləndirməklə özünü çətin vəziyyətdən çıxarmağa çalışır. Bu cür anormal fikirlərlə Paşinyan dayaz düşüncəli siyasətçi olduğunu nümayiş etdirir. Seçkilər yaxınlaşdıqca Paşinyanın sərsəm düşüncəli qarayaxmalarının sayı artmaqdadır. Hər vəchlə çalışır ki, bəlkə insanların etimadını qazansın və səs çoxluğu ilə parlamenti formalaşdırsın. Bu gün bütün dünya bilir ki, Paşinyan nə siyasət adamı, nə də idarəçilik qabiliyyəti olan bir şəxs deyil. Lakin Ermənistanda beynəlxalq maraqlar toqquşduğu üçün hakimiyyət çevrilişinə nail oldular və ölkədə xaos və özbaşnalıq yarandı. Bundan isə Paşinyanın havadarları istifadə edərək, onu hakimiyyətə gətirdilər. Bu gün Ermənistan hakimiyyəti də, dövləti də və xalqı da saxtadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB