"Türkiyənin AB ilə əlaqələri gücləndirmək qərarını alqışlayırıq" - Moqerini
“Türkiyənin AB ilə əlaqələri gücləndirmək və yeni islahat mərhələsinin başlaması ilə əlaqədar qərarını alqışlayır”. SİA "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.
Ankarada Türkiyə-AB Yüksək Səviyyəli Siyasi Dialoq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Moqerini, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıkçının cinayətindən də danışıb.
Moqerini, Qaşıkçı cinayəti ilə əlaqəsi olan şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB