“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Sumqayıtda keçirilib

“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Sumqayıtda keçirilib

20 dekabr 2010-cu ildə Sumqayıt şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması" layihəsinin Sumqayıt təlimlərinin açılış mərasimi olub.

Açılış mərasimində "İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov, Sumqayıt şəhər Bələdiyyəsinin Gənclərlə iş komissiyasının sədri Nilufər Mənsimova çıxış edərək layihənin məqsədi və keçirilməsinin vacibliyi barədə söhbət açmışlar.

Sumqayıt şəhərindən seçilmiş 30 nəfər gənc 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar. İndiyədək layihə çərçivəsində Şirvan, Şəki və Gəncə şəhərlərində təlimlər keçirilib.

2011-ci ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı "Gənc Liderlər üçün Yaz Universiteti"nin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. "İnformasiya Texnologiyalar Akademiyası" və "Bələdiyyə-2009" layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə