Rauf Zeyni: “Bu gün 1 milyon yarım - 2 milyona qədər vətəndaş QHT-lərin fəaliyyətindən bəhrələnir”- AÇIQLAMA

Rauf Zeyni: “Bu gün 1 milyon yarım - 2 milyona qədər vətəndaş QHT-lərin fəaliyyətindən bəhrələnir”- AÇIQLAMA
"Bu günə qədər 2612 qeyri-hökümət təşkilatı (QHT) Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Onlardan yalnız 831-i illik hesabatını Maliyyə Nazirliyinə vaxtında təqdim edir". Bu barədə Milli QHT Forumunun (MQF) sədri Rauf Zeyni SİA-ya verdiyi açıqlamssında deyib.

O bildirib ki, bu fakt onu göstərir ki, artıq Azərbaycanda fəaliyyət göstərən QHT-lər sitemli şəkildə inkişaf edirlər. Qeydiyyatdan keçən lakin fəaliyyət göstərməyən 1400-dən çox QHT-nın olduğunu dilə gətirən R.Zeyninin sözlərinə görə, bu təşkilatlar fəaliyyətlərini bu və ya digər səbəblərə görə, qura bilməyiblər.

"Bu çox ciddi bir məsələdir. Bu gün dövlət dəstəyindən, ölkəmizin iqtisadi inkişafından irəli gələrək QHT-lər üçün bir sıra imkanlar yaradılır. Hazırda QHT sektorunda 5 min daimi işçi, layihələrdən asılı olaraq isə 5 minə yaxın müvəqqəti işçi var. Bundan başqa QHT-lərin proqramlarında 250 min könüllü iştirak edir, onların fəaliyyətindən isə 1 milyon yarım-2 milyona qədər vətəndaş bəhrələnir. Bu o deməkdir ki, dövlətin imkanları, iqtisadi imkanlar artdıqca, beynəlxalq təşkilatlar tərəfindən müvafiq layihələrə dəstək verilərsə iş yerləri 5 mindən 50 minə çata bilər. Müvəqqəti işçilərin sayı artar, əhalinin əksəriyyəti vətəndaş cəmiyyətinin inkişafından və QHT-lərin fəaliyyətindən bəhrələnə bilər. Bu da həm paytaxtda, həm də regionda QHT-lərin inkişafına böyük təkan ola bilər ", - deyə MQF sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə