Bu gün Milli İstiqlal Partiyasının (AMİP) qərargahında müxalifət liderlərinin görüşü keçirilib. SİA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucovun verdiyi məlumata görə, toplantıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və sabiq millət vəkili Pənah Hüseyn iştirak edib.
Ə.Orucov bildirib ki, toplantıda müxalifətin inteqrasiyası və əməkdaşlıq imkanları müzakirə edilib. Parlament seçkilərindən sonra görüşün bu formatda ilk olduğunu deyən mətbuat və təbliğat katibi görüşdə həmçinin dekabrın 28-də Müsavatın qərargahında keçiriləcək forumla bağlı fikir mübadilələrin aparıldığını söyləyib. O, bildirib ki, hazırda adıçəkilən siyasi qüvvələrin siyasi birliyi ilə bağlı müzakirələr aparılmır: "Hal-hazırda gündəmdə olan məsələ mövcud pərakəndəliyi aradan qaldırmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB