“Əgər Respublikada doğuşun sayı aşağı düşübsə, bu bizi ciddi şəkildə düşündürməlidir. Bi çox hallarda, sosial vəziyyət aşağı olduqda, gənclər uşaq dünyaya gətirmək istəmirlər. Bu baxımdan düşünürəm ki, ölkəmizdə uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyevbu gün parlamentin plenar iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
Deputat bildirib ki, Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətər verilir: “Bu müavinətlərin məbləği təxminə 200 avro təşkil edir. Azərbaycanda da bu sahədə müəyyən islahatlarla nail olmaq olar. İslahatlara getməsək, problemləri həll etmək mümkün deyil”.
Q. Həsənquliyevin sözlərinə görə, islahatlardan biri dövlət büdcəsindən bəzi müəssiələri maliyyələşməsinin azaldılmasıdır: “Ölkədə fəaliyyət göstərən bir neçə müəssisələr, səhmdar cəmyyətlər var ki, onları özəlləşdirməyin vaxtıdır. Onların özəlləşdirilməsi nəticəsində büdcəyə vergidaxilolmaları daha da arta bilər. Bu gün büdcədən investisiya və sənayeyə kifayət qədər pul ayrılır. Lakin gəlin görək onlar büdcəyə nə qədər vergi ödəyirlər? Bu baxımdan düşünürəm ki, xidmət sahələrinin özəlləşdirilməsinə ehtiyac var. Sözügedən müəssisə və səhimdar cəmyiyətlərin uzun müddətdə idarəetməyə vermək mümkündür. Bununla büdcəni yükdən azad edə bilərik. Dövlətin yükünü azaltmasaq, bəzi problemləri həll etmək çox çətin olacaq. Bu baxımdan dövlət böyük özəlləşdirməyə getməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB