"Arif Əliyev öz uğursuzluğunu ört-basdır etmək üçün qarayaxma kampaniyasına əl atır" MÖVQE-ÖZƏL
“Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, uğurlu media siyasəti həyata keçirilir. Bir sıra xarici fondlardan maliyyələşənlər isə öz maraqları kontekstində danışırlar”. Bunu SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Mətbuatın olduqca böyük qüvvə olduğunu deyən baş redaktor söyləyib ki, bu baxımdan, medianın milli maraqları, dövlətin mənafeyini qoruması vacib şərtdir: “Bu gün ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əksəriyyəti bütün məsələlərdə milli maraqları əsas götürür. Bu isə, təbii ki, başqa maraqlara xidmət göstərənlərə sərf etmir. Bu səbəbdən də Arif Əliyev yenidən böhtan dili ilə danışmağa cəhd göstərir”.
E.Mirzəbəyli vurğulayıb ki, ölkəmizin media siyasətinə qara yaxmağa çalışanlar, əslində, öz kimliklərini büruzə vermiş olurlar: “Onlar bu addımla bir daha hansı mənbələrdən maliyyələşdiklərini, hansı məqsədlərə xidmət göstərdiklərini ortaya qoyurlar. Arif Əliyev dərk edir ki, artıq cəmiyyəti aldada bilmir. Digər tərəfdən, bu cür uğursuz insanlara xarici fondlar da maliyyə ayırmırlar. Çünki ayrılan pullar havaya sovrulub. Ortada faktlar mövcuddur və Arif Əliyev kimiləri də öz uğursuzluqlarını ört-basdır etmək üçün ara-sıra belə qarayaxma kampaniyalarına əl atırlar. Onun fikirləri qərəzlidir. Hazırda ölkəmizdə media siyasəti milli maraqlara əsaslanır və onu həyata keçirən insanlar da öz fəaliyyətini bu istiqamətdə qururlar. Arif Əliyev və bu kimi şər-böhtan kampaniyası aparmağa çalışanların əsas “narazılığı” onların mətbuatı şəxsi qazanc mənbəyinə çevirə bilməmələridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB