Azərbaycan Avropa İttifaqına və Polşaya etiraz notası təqdim edib
Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar olaraq, 21 dekabr 2010-cu il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobiya və Polşa Respublikasının Azərbaycandakı Səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət edilib və məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası qarşı tərəfə təqdim edilib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılmış və respublikamızın işğal edilən ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilib.
Avropa İttifaqı institutları və eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB