“Son günlər Ermənistan siyasi arenasında baş verən hadisələr, o cümlədən parlamentin buraxılması, Xaçaturovun KTMT-dən geri çağırılması və yerinə yeni bir ermənistanlı nümayəndənin təyin edilməsi cəhdlərinin baş tutmaması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə ilə bağlı Ermənistana müəyyən təsir etmək cəhdi, ən mühümü isə ABŞ prezidentinin müşaviri Con Boltonun münaqişə ilə bağlı təkidi və bu kimi hadisələr Paşinyanı çıxılmaz vəziyyət qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, keçiriləcək parlament seçkilərində qələbə çalmaq üçün əsas məsələ yenə də Dağlıq Qarabağ münaqişəsi və ondan doğan təzahürlərdir:
“Paşinyanın Dağlıq Qarabağa son səfəri və hərbçilərlə görüşü də gələcək parlament seçkilərində əsas kartın məhz “Dağlıq Qarabağ kartı” olduğunu göstərir. Burada söhbət həm iqtisadi, həm siyasi, həm də hərbi aspektlərdən gedir. Yəni seçkidə qələbə çalmaq üçün mütləq şəkildə iqtisadi bir palan olmalıdır, bu gün o yoxdur, Rusiya və Qərb arasında manipulyasiyalar da konkret nəticə vermir. Bu iki amil də hərbi vəziyyətə mühüm və mənfi təsir edir”.
A. Nağıyev söyləyib ki, belə davam etsə, seçkidə birmənalı şəkildə qələbə qazanmaq mümkün deyil: “Yenə də ümid əsas kart kimi Dağlıq Qarabağ münaqişəsinə dirənir”.
Dağlıq Qarabağda yaşayan ermənilərin və hərbçilərin Paşinyan siyasətindən razı olmadığını deyən siyasi şərhçi qeyd edib ki, bu amillər İrəvan-Xankəndi arasında ciddi qarşıdurma yarada bilər: “Burada Sarkisyan və Koçaryan faktoru da yaddan çıxarılmamalıdır. Buna görə də Paşinyan əsas bu məsələyə daha çox yer verir və hətta gələcəkdə etməli olacaq güzəştləri də müzakirə edə bilər ”.
A. Nağıyev əlavə edib ki, beynəlxalq səviyyədə Azərbaycan dəstəkləndikcə ermənilər özləri üçün təşviş keçirir və mühüm nəticələr çıxarmalıdırlar: “Təbii ki, münaqişənin hərbi yolla həlli də variant kimi Azərbaycanın müstəsna hüququdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB