ABŞ-ın hərbi hava qüvvələri "Minuteman III" adlı növbəti qitələrarası ballistik raketini sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə Associated Press yazır.
Raket Kaliforniya ştatının Vandenberq hərbi hava qüvvələri bazasından buraxılıb. Hərbi hava qüvvələrinin qlobal zərbə komandanlığının nümayəndələrinin sözlərinə görə, təlim raketi hərbi başlığı olmadan sınaqdan keçirilib. Məqsəd, raketin dəqiqlik və etibarlı sistemə malik olmasını yoxlamaq olub.
Agentliyin qeyd etdiyinə görə, raket Sakit okeanda quraşdırılmış təlim hədəfini uğurla məhv edib. Bundan əlavə məlumatlar verilməyib.
Xatırladaq ki, bu ilin iyununda "Minuteman III" ballistik raketi ilk sınağında uğursuzluğa düçar olmuşdu. Həmin vaxt ABŞ hərbi hava qüvvələrinin təmsilçiləri qeyd etmişdilər ki, raket havada olarkən, anomaliya müşahidə olunub və ona özünüməhvetmə siqnalı göndərilib. Belə ki, təlim raketi həmin vaxt təyin olunmuş hədəfə - Sakit okeanın Marşall adalarındakı Kvadjleyn məntəqəsi rayonuna çatırdı və nəticədə onun məhvinə qərar verilib. Həmin vaxtda da ABŞ-ın hərbi hava qüvvələri hər hansı digər dəqiqliklər barədə xəbər verməmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB