“Əli Kərimli ilə İlqar Məmmədov arasında mənafe toqquşmaları var” MÜSAHİBƏ
Təkamül partiyasının sədri Teyyub Qənioğlunun SİA-ya müsahibəsi
- Teyyub bəy, son vaxtlar “REAL” partiyası ilə “Milli Şura” arasında konfliktlər dərinləşib. Bu həmdə Əli Kərimli-İlqar Məmmədov qarşıdurması kimi də qiymətləndirmək olar?
- Hazırkı, məqamda görünən odur ki, Əli Kərimli ilə İlqar Məmmədov arasında mənafe toqquşmaları var. “Milli Şura”nın rəhbərləri özlərini qabaqcıl, aparıcı, söz sahibi olan müxalifət kimi qələmə verirlər. “REAL”ın sədri İ.Məmmədov azadlığa çıxandan sonra elə bil bunlara rəqib meydana gəlib. Təbii ki, rəqabət nöqteyi nəzərdən bunlar arasında gərginlik var. Bildiyiniz kimi, müxalifət düşərgəsində birincilik uğurunda savaş gedir. Bu da müxalifətin zəifləməsinə gətirib çıxaran başlıca amillərdəndir.
- AXCP ilə Müsavat arasında da problemləri var. Sizcə, nəyə görə Əli Kərimli əqidə yoldaşları ilə yola gedə bilmir?
- Bunlar mehriban düşmənlərdir. Təbii ki, bunların həm bir-birlərinə ehtiyacları var, həm də öz düşərgələrində öndə getmək üçün rəqibini sıradan çıxarmaq kimi meylləri var. Bu kimi hallar müxalifət düşərgəsində daim davam edən bir prosesdir. Nə qədər ki, həmin iki partiyanın rəhbərliyində ki, şəxslər siyasətdə qalacaqlarsa bu mübarizənin də sonu olmayacaqdır. Vaxtaşırı olaraq, ölkədə seçkilər keçirilən zaman xarici qüvvələrin təzyiqlər nəticəsində ola bilər bunlar hansısa bir qurumda bir araya gətirsinlər. Amma seçki prosesi qurtara kimi yenə də onlar bir-birlərinə əvvəlki münasibəti göstərəcəklər. Onlar arasında birincilik uğurunda mübarizə davam edəcəkdir. Demək olar ki, müxalifət daxilində olan bu mübarizənin sonu yoxdur. Yəni bu sonu olmayan bir mübarizədir. Bir sözlə, nə qədər ki, bunlar sağdırlar və həmin partiyaya rəhbərlik edəcəklərsə bu mübarizə də davam edəcəkdir.
- Demək olarmı ki, müxalifətin gözdən düşməsi, sıradan çıxmasının başlıca səbəbi partiya sədrlərinin arasında qarşıdurmanın daha gərgin xarakter almasıdır?
- Belə bir atalar misalı var deyir, “yer dar olanda, öküz-öküzdən görür”. Hər kəsə bəllidir ki, bunlar bu və ya digər yollarla xaricidən maliyyə yardımı alırlar. Xarici qüvvələrdə maliyyə dəstəyini ona görə verir ki, sifarişlərini yerinə yetirsinlər. Müxalifətdə təmsil olunana partiyalarda önə çıxmaqla həmin yardımı əldə etmək istəyir. Xaricdən maliyyə dəstəyinin davamının gəlməsi üçün müxalifət düşərgəsində birincilik uğurunda mübarizə gedir. Demək olar ki, artıq uzun illərdi ki, müxalifət təmsilçiləri eyni şeyləri təkrar edirlər. Ümumiyyətlə, istənilən halda maliyyə xatirinə milli, dövlətçilik maraqlarına getmək qəbul edilməz bir haldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB