Bayrağımız qürurumuzdur! FOTOLAR

Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində 9 Noyabr - Bayraq Günü ilə bağlı bayram tədbiri keçirilib

Bu gün, Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində 9 Noyabr - Bayraq Günü ilə bağlı "Bayrağımız qürurumuzdur" başlığı altında bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir öncəsi YAP Pirallahı rayon təşkilatının sədri, YAP Pirallahı rayon təşkilatı Aparatınn əməkdaşları, Neft Daşları NQÇİ-nin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı sədrinin müavini, Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudov bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışaraq qeyd edib ki, bu gün müstəqil Azərbaycanın bayrağının dünya arenasının ən yüksək zirvələrində dalğalandığını vurğulayıb. “Əbəs deyil ki, bu gün müstəqil ölkəmizin bütün sahələrdəki inkişafı dünya birliyi tərəfindən tanınır və alqışlanır. Bu, baxımdan, nüfuzlu beynəlxalq siyasi mərkəzlərdə müqəddəs bayrağımız qürurla dalğalanır”, Qoçalı Mahmudov qeyd edib.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə çıxışında bildirib ki, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. “Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir”, deyə qeyd edən rayon təşkilatının sədri həmçinin bir sıra tarixi aspektlərdən çıxış edərək xatırladıb ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilmişdi: “Müstəqillik əldə etdikdən sonra üçrəngli bayrağımız ilk dəfə olaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Mixtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 2009-cu il noyabr ayının 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "9 noyabr - Bayraq Günü" elan olunub. Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır”.

Hikmət Şikarov çıxışının sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının bir qrup üzvünü Fəxri Fərmanla təltif edib.

Tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə