"Ölkəmiz hesabatda irəliləməklə dünyada mövqeyini möhkəmləndirir" MÖVQE-ÖZƏL
“Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəliləməsi ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə təsir göstərəcək. Bu, Azərbaycanın apardığı iqtisadi siyasi islahatlara dünyanın xüsusi önəm verməsinin aydın ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, artıq bütün dünya Azərbaycanın son beş ildə qeyri-neft sektorunun inkişafında çox əhəmiyyətli nəticələr əldə etdiyini görür.
A.Quliyev söyləyib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı düzgün idarəçiliyin və aparılan hərtərəfli islahatların sayəsində mümkün olub: “Bir ildə mötəbər bir reytinq sistemində 27 pillə irəliləmək xırda nailiyyət deyil. Müqayisə üçün demək lazımdır ki, Ermənistan bu reytinq sistemində o qədər də yaxşı yer tutmayan ölkələr qrupuna aid edilib və cəmi 6 pillə öz yerini yaxşılaşdıra bilib. Ancaq Ermənistanın reytinqdə tısbağa yerişi xarakterli mövqe yaxşılaşdırması onu pis göstəricili ölkələr siyahısına düşməkdən xilas edə bilməyib”.
Baş redaktor qeyd edib ki, Dünya Bankının “Doing Business 2019” hesabatının Azərbaycana hazırkı yanaşması ölkəmizdə gedən islahatlar, iqtisadi sağlamlaşma, idarəçiliyin təkmilləşdirilməsi, investisiyaların təşviqi siyasətinin indiki templərinə tam uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB