Bundesverin hərbi texnikasının yarıdan çoxu yararsızdır FOTOLAR

Bundesverin hərbi texnikasının yarıdan çoxu yararsızdır FOTOLAR

DPA: “2017-ci ildə istifadəyə verilmiş 97 ədəd hərbi texnikanın yalnız 38-i istifadə edilə bilər”

2017-ci ildə Almaniyanın müdafiə nazirliyinə - Bundesverə daxil olan hərbi texnikanın yalnız 3/1-i texniki cəhətdən yararlıdır. SİA xəbər verir ki, bu barədə AFR-in DPA agentliyi məlumat yayıb. Belə ki, Bundestaqın Solçu partiyasının deputatı Matias Xyön Almaniyanın müdafiə nazirliyinin parlamentdəki stast-katibi Peter Tauberə sözügedən məsələ ilə bağlı sorğu göndərib. Cavab sənədində qeyd olunur ki, ordunun istifadəsinə verilən 97 hərbi maşının yalnız 38-i (ümumi rəqəmin 39%-i) istifadəyə yararlıdır.

Bundesver bu göstəricini 70%-ə qədər yüksəltməyi hədəfləyib. “Biz əvvəlki kimi hesab edirik ki, hərbi sənaye bu göstəricilərin həyata keçirilməsi üçün təcili işə başlamalıdır”, sənəddə bildirilir.

AFR-in baş hərbi idarəsində daha çox suallar yaradan PDM Puma və A 400M hərbi-nəqliyyat təyyarələridir. Hərbi rəhbərlik onların keyfiyyətinin artırılması tələbinin yaranmasını istisna etmirlər.

Belə ki, Bundesverə verilmiş 71 ədəd Pumalardan yalnız 27-i hərbi əməliyyatlara hazırdır. 8 A 4000M təyyarələrindən 4-ü, 4 Eurofighter qırıcılarından isə biri döyüşə hazır vəziyyətdədir.

“Helikopterlərlə bağlı vəziyyət isə daha kədərlidir”, yazan alman saytı növbəti rəqəmləri göstərir. Belə ki, silahlı qüvvələrə verilmiş 7 ədəd Eurocopter Tiger hərbi helokopterlərindən ikisi, 7 çoxhədəfli NH90 helikopterlərindən isə yalnız dördü istifadəyə yararlıdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə