Şəmkir rayonunda əhalinin 95 faizi mavi yanacaqla təmin edilib. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon İcra Hakimiyyəti Aparatından məlumat verilib. Məlumata görə, rayonun 39 yaşayış məntəqəsinin 29329 abonentinin mənzilinə təbii qaz verilib. Yen ildə isə daha 4 yaşayış məntəqəsi mavi yanacaqla təmin ediləcək.
Belə ki, Qapanlı, Çaparlı, Məşədihüseyinli və Qılıncbəyli kəndləri qazla təmin ediləcək. Bundan əlavə aparılan tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində təbii qazın dəyərinin ödənişi 115.9 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB