Ermənistan bütün dünyanın hədəfinə çevrilir TƏHLİL

Ermənistan bütün dünyanın hədəfinə çevrilir TƏHLİL

Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı bir çox istiqamətlərdə ehyam xarakterlidir. Lakin, işğalçı dövlət bu çıxışı öz mənafelərinə uyğun şəkildə yozmağa və yenə də təbliğat üçün istifadə etməyə çalışır.

Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi işğalçı dövlətə saysız-hesabsız mesajlar verməkdə davam edir və bu mesajlar əslində təmsil etdiyi dövlətin mövqeyini açıq-aşkar üzə çıxarır. Məsələn, Con Boltonun “Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır” deməsi, ABŞ-ın Ermənistana, Nikol Paşinyanın özünə münqaişəni üzatdıqları barədə iradıdır. Görünür, ABŞ da artıq erməninin açı bağırsaq kimi uzatdığı bu münaqişədən, siyasi oyunbazlığından tamamilə bezib. Trampın özünün rəhbərlik etdiyi dövlətlə bağlı qayğıları azmıdır ki, bu kiçik bir toplumun, tarixi, kökü, məskunlaşdığı torpağı, ərazisi belə olmayanların, onların hər çür hiyləyə əl atan lobbilərinin hələ də nazı ilə oynayır. AŞB prezidentinin köməkçisi əslində, həlledici addım atmalı olduğunu xatırlatmaqla Paşinyana, məsələni çox uzatdığı barədə mesaj verir.

Münaqişənin nizamlanmasında ilk növbədə münaqişə tərəflərinin özləri maraqlı olmalıdır deyən C.Bolton, ABŞ-ın Ermənistan tərəfinin bu məsələnin həllinə maraq göstərmədiyinin fərqində olduğunu da dolayısı ilə çatdırır. Əksini fərz etmək mümkün belə deyil. Çünki, Amerika da daxil olmaqla bütün dünya ictimaiyyəti çox gözəl bilir ki, münqaişənin həllində, Dağlıq Qarabağın işğaldan azad edilməsində, işğal eilmiş torpaqlarımızın geri qaytarılmasında, ərazi bütövlüyümüzün təmin edilməsində Azərbaycan tərəfi nə dərəcədə maraqlıdır. Hər bir beynəlxalq tədbirdə, istənilən platformada belə Azərbaycan tərəfi Qarabağ məsələsini gündəmə gətirdiyi də təsdiq edir ki, bu münaqişənin həll edilməsi ölkəmiz üçün ən prioritet məsələ hesab olunur. Belə olan halda münaqişənin həllinə maraq dedikdə C.Bolton təbii ki, Ermənistan tərəfini nəzərdə tutur və xatırladır ki, artıq geosiyasi oyunbazlığı yekunlaşdırmaq, bu məsələnin həllinə daha ciddi yanaşmaq, maraq göstərmək lazımdır.
Heç kim üçün gizli deyil ki, ölkəmiz bütün nüfuzlu beynəlxalq təşkilatların qərarlarına, beynəlxalq hüququn norma və prinsplərinə əməl etməklə, sülh yolu ilə bu münqişənin həllinə çalışır və məhz bu münqişənin bu qədər müddətdə uzanması da bunun təzahürüdür. Əks halda, yəni sülh yolu ilə münqişənin həllini nəzərə almasaydı, Azərbaycan tərəfi hərbi yolla öz torpaqlarını geri qaytara, öz ərazi bütövlüyünü çoxdan təmin edə bilərdi. Bunun üçün ölkəmizin hərbi, siyasi, iqtisadi qüdrəti var və istənilən anda, yəni işğalçı tərəf sülh danışıqlarından imtina etdiyi təqdirdə Azərbaycan öz ərazilərini ən qısa zamanda geri qaytarmaq əzmindədir.

Con Boltonun Ermənistana səfərinin mahiyyəti işğalçı dövlətə xəbərdarlıq xarakteri daşıyır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi özü ilə yeni həll təklifləri gətirmədiyini desə də Ermənistana, şəxsən Paşinyana öyüd də verir və əslində bu elə dolayı yolla yeni təkliflər deməkdir. C. Boltonun vasitəsilə ABŞ Ermənistana təklif edir ki, xarici təzyiqin azaldılması üçün işğalçı dövlət Qarabağ müanqişəsinin həllinin təmin etsin. Təklif etməkdən də əlavə xatırladır ki, münaqişə tərəfləri hər bir şey barədə müzakirə aparmalı və danışmalıdırlar. Hətta həll təklifi ilə gəlmədiyini, tərəflərin özlərinin bu münaqişənin həllində maraqlı olmalı olduğunu bəyan edən Boltonun bəzən israr etdiyi qabarıq şəkildə özünü biruzə verir. Məsələn, Trampın köməkçisi Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini də gizlətmir. Siyasi partiyasının da güclü mandat əldə edəcəyi təqdirdə Paşinyanın , münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacağını da indidən xatırladır. Bununla onun diqqət mərkəzində olduğunu da nəzərinə çatdırı və bir növ bu ABŞ-ın Paşinyana xəbərdarlığıdır ki, proseslərə dəstəyi yalnız bu şərt daxilində ola bilər.

Göründüyü kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri heç də təsadüfi deyil və təmsil etdiyi ölkənin müsajlarını çatdırmağa hesablanıb. Bu mesajların mahiyyəti isə işğalçı dövlətə xəbərdarlıq xarakteri daşıyır. Bir sözlə, ABŞ Ermənistandan münaqişənin həllinə maraqlı olmağı, məsələni daha tez həll etməyi tövsiyə edir. Bəzən bunu hətta tələb edir.

Məsələ burasındadır ki, Ermənistanın Kütləvi İnformasiya Vasitələri bütün bunlara yenə də don geyindirir. Daha dəqiq desək, nəinki don geyindirir, hətta hadisələrdən təbliğat üçün də istifadə edir. C.Boltonun səfərini daha fərqli şəkildə şərh edir, yenə də daxili auditoriyaya hesablanmış fikirlərlə Ermənistan ictimaiyyətini aldadır. Bu səfəri ABŞ Ermənistan münasibətlərinin inkişafı kimi qələmə verir və fövqəl dövlətin dəstəyi kimi təqdim edir.
Ermənistana məxsus panarmenian.net saytında ABŞ-la münasibətləri daha yeni bir səviyyəyə yüksəltmək iddiaları barədə yazılar gedir. Daha doğrusu yalan informasiyalarla, təhrif olunmuş fikirlərlə ictimaiyyət aldadılır. Yenə də Ermnistana məxsus lragir.am saytında Tramp adminstrasiyasının Ermənistanla münasibətləri prioritet hesab etdiyi barədə yalan informasiyalar, təbliğat xarakterli yazılar, informasiyalar verilir. Bu yazıların sadəcə təbliğat xarakterli olduğuna zərrə qədər şübhə ola bilməz və heç kim üçün artıq sirr deyil ki, C.Boltonun Ermənistana səfərinin ABŞ Ermənistan münasibətlərinə zərrə qədər aidiyyatı yoxdur. Sadəcə, Qafqazın strateji bir məkan olduğunu, həmin strateji məkanda Azərbaycanın günü-gündən inkişaf etdiyini, gücləndiyini, qüdrətinin artdığını, söz sahibinə çevrildiyini görməsi və qəbul etməsi zərurətindən doğan bu səfərdə fövqəl dövlətin məqsədi sözügedən strateji ərazidə mövqeyini təyin etmək üçün Ermənistandan istifadə etməkdir. Ermənistana məxsus news.am, 1in.am və digər xəbər portallarında da anoloji şəkildə şərhlərə, dezinformasiyalara, şişirdlmiş və təhrif olunmuş informasiyalara rast gəlinir ki, bütün bunlar mahiyyət etibarı ilə Ermənistanın, məhz Paşinyanın daxili auditoriyaya hesablanmış təbliğatı, bu təbliğat üzərində qurulmuş uğursuz siyasətidir. Təbii ki, Ermənistanın nə düşündüyü Azərbaycanı, eləcə də bütün dünyanı zərrə qədər maraqlandırmır. İndi bütün dünya terrorçuluqdan, separatçılıqdan xilas olmağa, təhlükəsizliyin təmin olunmasına maraqlıdır ki, Ermənistan bu maraqların təmin olunmasına maneçilikdən başqa bir mövqe tutmur. Məhz buna görə də işğalçı dövlət nə qədər ki, münaqişənin həllinə maraq göstərməyəcək, mane olacaqsa heç şübhəsiz ki, dünyanın hədəfinə çevriləcək. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistan artıq bütün dünyanın hədəfinə çevrilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə