"Böyük dövlətlər öz maraqları üçün yanlış informasiyalar yayırlar"

"Böyük dövlətlər öz maraqları üçün yanlış informasiyalar yayırlar"

"Yanlış informasiya ünsiyyət vasitələrini meydana gətirir ki, bu da dünyaya təhdiddir". SİA-nın xəbərinə görə, bunu Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Ayar VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, ənənəvi elektron media yanlış informasiyalardan uzaq olmalıdır. Onun sözlərinə görə, dünyada bütün jurnalistlərin təlimə ehtiyacı var: "Bütün dünya bu təhlükədən qorumaq üçün birləşməli və birgə mübarizə aparmalıdır".

F.Əyar qeyd edib ki, hər kəs saxta məlumat istehsal edə bilər, bu da ictimai proseslərə böyük təsirə malik ola bilər: "Biz görürük ki, böyük dövlətlər öz maraqlarına çatmaq üçün yanlış informasiyalar yayırlar. Vaxtilə Rumıniya yanlış informasiyanın qurbanına çevrilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə