“Sarkisyan və Koçaryan Paşinyana ciddi müqavimət göstərirlər” AÇIQLAMA

“Sarkisyan və Koçaryan Paşinyana ciddi müqavimət göstərirlər” AÇIQLAMA

"Bildiyimiz kimi, Ermənistanda inqilab baş verdi və bu inqilab nəticəsində də Sarkisyan və onun yaxınları hakimiyyətdən uzaqlaşdırıldı". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, doğrudur hələ ki, onların hakimiyyətə təsir etmək rıçaqları var: "Çünki parlamentin əksəriyyəti onların əlindədir. Bildiyiniz kimi artıq Ermənistanda parlament seçkiləri təyin olunub. Burada Paşinyan başa düşür ki, əgər parlament seçkilərini uzatsa getdikcə onun reytinqi daha aşağı düşəcəkdir və beləliklə də o məğlub olacaqdır. Ona görə də, o daha tez parlament seçkilərini keçirmək istəyir və buna nail oldu. Yəni sözügedən seçkilərin keçirilməsi ilə bağlı vaxt müəyyənləşdirildi və artıq bu seçkilər keçiriləcəkdir. Bununla belə Sarkisyan və Koçəryan qrupu da başa düşürlər ki, Paşinyan özünü tam ligitimləşdirəndən sonra heç şübhəsiz ki, ilk növbədə bütövlükdə bu klanın tamamilə fəaliyyətinə son qoymasına çalışacaqdır. Necə ki, Paşinyan elə müvəqqəti baş nazir vəzifəsini icra edərkən belə bu istiqamətdə mühüm addımlar atmışdır. Yəni cinayət işi qaldırmışdır eyni zamanda, Sarkisyan və Koçaryan qrupuna daxil olan şəxslər, qohumları həbs edilmişdir, vəzifədən uzaqlaşdırılmışdır. Yəni bu proses davam edəcəkdir. Ona görə də, Sarkisyan və Koçaryan ciddi şəkildə Paşinyana müqavimət göstərirlər. Ya onlar hər şeylərini itirəcəklər, ya da ki, bu müqavimət nəticəsində müəyyən təsir imkanlarını saxlayacaqlar. Məhz buna görə də, onlar hər şeyə əl atmağa hazırdılar. Çünki bu onlar üçün ölüm-dirim məsələsidir. Sarkisyan və Koçaryan rejimi hərbi xunta idi və Ermənistan tam olaraq, boşalmışdır. Paşinyan isə müəyyən dairələrin təsiri altında olan bir şəxsdir. Yəni Paşinyanın hər hansı ciddi bir nailiyyətlər əldə etmək imkanına malik deyil. Həm iqtisadi vəziyyətin pisləşməsi, həmdə Ermənistanın Azərbaycana münasibətdə işğalçılıq siyasətini davam etdirəcəkdir. Torpaqları azad etməyənə qədər şübhəsiz ki, onlar yenə də əsas layihələrdən kənarda qalacaqlar. Ermənistanda yoxsulluq fəlakətli şəkildə davam edəcəkdir. Belə olan halda da, Ermənistanın getdikcə boşalması prosesi də davam edəcəkdir. Yalnız iqtisadi inkişaf o zaman mümkün olacaqdır ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin və torpaqları azad etsin".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə