Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizi ATƏT Parlament Assambleyasında (PA) təmsil edəcək deputatlarla görüş keçirib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, görüşdə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assmbleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova, müavini Eldar İbrahimov, üzvləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev iştirak ediblər.
Onun sözlərinə görə, görüşdə müstəqil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə bu sahənin diqqət mərkəzində saxlanmasının vacibliyi qeyd edilib.
A.Təvəkküloğlu söyləyib ki, görüşün sonunda Parlamentin sədri Oqtay Əsədov nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara öz töhfələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB