"Salman Vaşinqtonun plandakı bütün bəndlərini yerinə yetirməlidir" ÖZƏL-MÖVQE
“ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına son səfəri zamanı kral Salmana böyük ehtimalla gərgin vəziyyətdən çıxmaq üçün Vaşinqtonun “yol xəritəsini” təqdim edib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, aydındır ki, ABŞ prezidenti Donald Tramp ortada olan böyük hərbi sazişə görə Səudiyyə Ərəbistana qarşı sanksiya tətbiq etməyə hazır deyil: “Bunun Amerikaya ziyan vuracağı qənaətindədir. Ancaq demokratiya və insan haqlarının dəstəkçisi statusuna iddialı olan Amerika cəmiyyəti sığınacaq verdiyi jurnalistin göz görə-görə parçalanmasına da seyrçi qala bilməz. Odur ki, Vaşinqton kral Salmanı xilas etmək üçün ona hansı addımlar atmasınının planını təqdim edib.
Salman Vaşinqtonun plandakı bütün bəndlərini yerinə yetirməlidir ki, Amerikanı itirməsin. Bu planda nələr var – bunu ona hazırlayan beyin mərkəzləri, Tramp, Pompeo və bir də kral Salman bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB