Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyi birgə seminar keçirəcək
Dekabrın 17-19-da Bakıda Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar keçiriləcək. SİA-nın xəbərinə görə, üçgünlük tədbir dekabrın 17-də saat 10.00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayacaq, dekabrın 19-da yekunlaşacaqdır.
Seminardan məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanallarının əməkdaşları iştirak edəcəklər. Onlar tanınmış alim və mütəxəsislərin mövzu ilə bağlı fikir və təkliflərini dinləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB