Diqqət!!! QİÇS-dən sonra ikinci ən böyük xəstəliyin əməliyyatı postsovet məkanında ilk dəfə Azərbaycanda aparılır
Bu gün Mərkəzi Gömrük Hospitalında tibb elmləri namizədi, invaziv radioloq İlyas Həsənov Azərbaycanda ilk dəfə olaraq keçirdiyi əməliyyatla bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, həkim bildirib ki, dağınıq skleroz xəstəliyindən dünyada 2.5 milyona yaxın əziyyət çəkir. Onun sözlərinə görə, ölkəmizdə isə 10000-dən artıq insanın əziyyət çəkdiyi bu xəstəliyin dünyada bir çox müalicə metodları vardır.
O qeyd edib ki, ancaq bu müalicələr xəstəliyin proqressivləşməsinin qarşını ala bilmir və xəstələr zaman içində yataq xəstələrinə çevrilirlər: "2008-ci ildə bu xəstəliyin yaranma səbəblərindən biri xronik serebro spinal venoz çatışmamazlığın (CCSVİ) olması italyan alimi prof.Paolo Zamboni tərəfindən kəşf olunub. 2009-cu ildən Avropanın bir çox ölkələrində CCSVİ aradan qaldırmaq üçün invaziv əməliyyatlar aparılmağa başlanıb".
İ.Həsənov qeyd edib ki, bu əməliyyatlar postsovet məkanında ilk dəfə Azərbaycanda Mərkəzi Gömrük Hospitalında bu ilin aprel ayından keçirilir. Artıq 40-a yaxın xəstədə bu əməliyyatların uğurla yerinə yetirildiyini deyən həkim əlavə edib ki, onlardan 4-ü Gürcüstan, 1-i isə Rusiya vətəndaşları olub.
"Əməliyyatlar 1-2 saat davam edir. Əməliyyatın qiyməti Avropa ölkələrində 10 min avro, Azərbaycanda isə 5 min avroya başa gəlir. Bu əməliyyatlardan sonra xəstələrin şikayətləri 50-60% azalır. Ancaq əməliyyat nəticəsində xəstəliyi müalicə etmək olmur, ancaq onun yaranma səbəblərini müayinə edirik. Çünki xəstəlik nəticəsində beyində olan mərkəzlər dağılır və dağıdılmış mərkəzləri yenidən müayinə etmək mümkün deyil. İlk simptomlarını gördükdə vaxtında müraciət etmək xəstəliyin yayılmasının qarşısını alır. Xəstəliyin ilkin simptomları ikili görmə, zəiflik, başgicəllənmədir. Xəstəliyin yaranma səbəbləri müəyyən olmadığından onun müalicəsi də hələlik tam müəyyənləşməyib. Xəstəliyi müəyyən etmək üçün ilk növbədə beyin və onurğa beynin maqnit tamoqrafiyası aparılmalıdır. Bu gün Azərbaycanda xəstəliyin düzgün diaqnozunu qoymaq olur. Xəstəlik daha çox cavan yaşda, əsasən isə 20-30 yaşlı qadınlar arasında təsadüf olunur. Yaşlı insanlarda bu xəstəlik müşahidə olunmur. Burada nəsillik faktoru yoxdur və bu xəstəlik nəsildən-nəsilə keçmir", - deyə o əlavə edib.
İ.Həsənov vurğulayıb ki, bəzi müalicə olunan xəstələrdə təkrar ağırlaşmalar müşahidə olunur. Onun sözlərinə görə, bu vaxta kimi müayinə olan 40-a yaxın xəstənin 10%-də təkrar ağırlaşma müşahidə olunub: "Bunun üçün xəstələr hər 6 aydan bir müayinə olunur və əgər onda təkrar ağırlaşma aşkarlanarsa, onda metal karkos stend yerləşdirilir. Bu xəstələr müayinə olunmadıqda onlar yataq xəstəsi olur və bu da sonda ölümlə nəticələnir. Bu xəstəlik QİÇS-dən sonra insanlar arasında yayılan ikinci ən böyük xəstəlik hesab olunur".
Tədbirin davamında həkim İlyas Həsənov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB